"Neftçi" bu dəfə təklif göndərmədi - Türkiyə klubuna məxsus futbolçu üçün

31 May 2023 13:00 Neftçi 1 940
"Neftçi" bu dəfə təklif göndərmədi - Türkiyə klubuna məxsus futbolçu üçün

Azərbaycan yığmasının müdafiəçisi Mert Çeliki «Neftçi»dən 1 oyun ayrır.

Türkiyə kökənli arxa xətt oyunçusu iyunun 3-dən – «Qəbələ» ilə ölkə kubokunun final oyunundan sonra buradan ayrılacaq.

«Ağ-qaralar» 3 ildir xidmətindən yararlandığı gənci yenidən icarəyə götürmək fikrində deyil və bu üzdən onun müqavilə ilə məxsus olduğu «Başakşehir»ə müraciət etməyib.

Mert Çelik Samir Abasovun dönəmində əsas heyət üzvlərindən biri idi. Lorentsiu Regekampfın gəlişindən sonra o, bu statusu itirdi, cari mövsümdə nadir hallarda meydan üzü gördü.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti