“Bavariya” ötən həftəsonu Bundesliqada növbəti çempionluğunu rəsmiləşdirdi.
Əslində, çoxları “Borussiya”nın çempion olacağını gözləyirdi. Lakin Dortmund klubunun son turda xal itirməsi çempionluqdan elədi onları.
Bundesliqada qalib olmasına baxmayaraq, “Bavariya” çox “boz” mövsüm keçirdi. Yulian Naqelsmannın istefaya gönrəsilməsindən sonra
Çempionlar Liqasında mübarizəni dayandırdı, çempionatda inamsız göründü.
Adətən, qaliblərin mühakimə olunmadığını düşünərək, “Bavariya”nın eyni qaydada işlərinə davam edəcəyi ehtimal olunsa da, çempionluqdan dərhal sonra klubun baş direktoru Oliver Kan və idman direktoru Hasan Salihamidziçlə yolların ayrıldığı açıqlanıb.
Klubun növbədənkənar iclasında belə qərar qəbul olunub. Hətta Oliver Kana komanda ilə birlikdə çempionluq sevinci yaşamağa belə icazə verilməyib.
Futbol eksperti Emin Abbasov bu hadisəni “Neftçi”yə nümunə çəkib. O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində iki klub arasında paralellər aparıb.
Bildirib ki, çempionluq belə, tanınmış simaların postlarını itirməsinə əngəl ola bilmədi. Çünki futbolu düşünən, inkişafı hədəfləyən klublarda rəhbərlik yalnız titullara yox, həm də görülən işlərə baxır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

