"Neftçi" və "Qəbələ": Ən ucuzu 2, ən bahalısı 10 manat

30 May 2023 01:20 Neftçi 816
"Neftçi" və "Qəbələ": Ən ucuzu 2, ən bahalısı 10 manat

Azərbaycan Kubokunun final matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletləri Bakıda “Bakcell Arena”nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Qəbələ şəhərində isə "Qəbələ" İdman Klubunun fan-mağazalarından almaq mümkündür.

Qiymətlər yerindən asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Azərbaycan Kubokunun final oyunu 3 iyun tarixində "Bakcell Arsena"da baş tutacaq. Həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!