"Neftçi"dən "ənam"la bağlı AÇIQLAMA: "15-20 min söhbəti şayiədir"

29 May 2023 16:00 Neftçi 1 052
"Neftçi"dən "ənam"la bağlı AÇIQLAMA: "15-20 min söhbəti şayiədir"

İyunun 3-də ölkədə növbəti futbol mövsümünə yekun vurulacaq.

Həmin gün "Neftçi" və "Qəbələ" kubokun final qarşılaşmasında üz-üzə gələcək.

Yayılan xəbərlərə görə, bakılılar titul qazanarsa, hər oyunçusuna 15-20 min manat civarında mükafat ödəyəcək.

Məlumat üçün bildirək ki, "ağ-qaralar" yarımfnal mərhələsində "Turan Tovuz"u üstələməyin müqabilində əsas heyət üzvlərinə 10000 manat verməli olub.

Odur ki, həlledici qarşılaşmanın qiymətinin iki dəfə artması yönündə informasiyaların ortalığa çıxması heç də təsadüfə oxşamır. Fəqət,

"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında bildirib ki, komanda mövsümü titulla başa vursa, mükafat olacaq, məbləğdən danışmaq isə hələ tezdir:

"Klubda bununla bağlı müzakirələr aparılmayıb. 15-20 min söhbəti şayiədir.

Əlbəttə, nəticə qazanılsa, futbolçular çəkdikləri zəhmətin qarşılığını alacaqlar. Bunun üçün hakimin final fitinədək gözləmək lazımdır.

Biz inanırıq ki, komandamız "Neftçi" azarkeşlərini sevindirmək üçün hər şey edəcək".

Digər Xəbərlər
Xəbər Lenti