"Neftçi": "Rəsmi təklif almışıq, hazırda bunun üzərində çox düşünmürük”

27 May 2023 00:40 Neftçi 1 993
"Neftçi": "Rəsmi təklif almışıq, hazırda bunun üzərində çox düşünmürük”

"Rusiyadakı turnirdə iştirakla bağlı "Zenit"dən bizə rəsmi dəvət gəlib".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi hələlik qərar verilmədiyini bildirib: "Çünki bu, təlim-məşq toplanışının planlarını dəyişir. Çox güman ki, Azərbaycan Kubokunun finalından sonra məsələyə yenidən qayıdacağıq.

Hazırda bunun üzərində çox düşünmürük. Turnirə getsək, toplanışı Rusiyada keçməliyik. Bunun üçün orada şərait olmalıdır".

"Zenit"in prezidenti Aleksandr Medvedev iyulda Türkiyənin "Fənərbağça", Serbiyanın “Srvena Zvezda" və "Neftçi"ni Sankt-Peterburqda keçiriləcək turnirdə gözlədiklərini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti