“Neftçi”nin başqa yolu yoxdur, amma mən bu komandanı üstün görürəm”

26 May 21:00 Neftçi 1 028
“Neftçi”nin başqa yolu yoxdur, amma mən bu komandanı üstün görürəm”

“Neftçi” mövsümü normal başa vurmaq üçün kuboku götürməlidir, başqa yolu yoxdur”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Zaur Ramazanov səsləndirib.

“Xəzər Lənkəran”ın əfsanəsi iyunun 3-də baş tutacaq ölkə kubokunun finalı - “Neftçi” – “Qəbələ” oyunu haqda proqnoz verib:

“Qəbələ” də kuboka köklənib. Üstəlik, son vaxtlar ürəyəyatan futbol oynayırlar, yaxşı nəticələr qazanırlar.

“Qəbələ”ni bu gün sərgilədiyi futbola görə “Neftçi”dən üstün görürəm. Şanslar 50-nin 50-yədir”.

Zaur Ramazanov futbolçu karyerasında “Bakılı”, “Karvan”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi komandaların şərəfini qoruyub, iki dəfə ölkə çempionatının bombardiri olub.

“Mövsümün ən yaxşı futbolçusu” seçilib, Azərbaycan futbol tarixinə 3 il ardıcıl ölkə kubokunu qazanmış futbolçu kimi daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu