"Neftçi"nin prezidenti baş məşqçi ilə görüşdə hansı məsələləri müzakirə edib?

26 May 2023 14:00 Neftçi 1 422
"Neftçi"nin prezidenti baş məşqçi ilə görüşdə hansı məsələləri müzakirə edib?

"Bu məsələ müzakirə mövzusu olmayıb".

"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında belə deyib.

Müsahib baş məşqçi Lorentsiu Regekampfın rəhbərliklə görüşdüyünü, gələn mövsümlə əlaqəli planları müzakirə etdiyini, lakin yeni səlahiyyətlər haqda söhbətin getmədiyini bildirib:

"O, klubumuzun prezidenti Kamran Quliyevlə geniş fikir mübadiləsi aparıb.

Ümumi müzakirələr hamanı komandanın gücləndirilməsi üçün hansı işlərin görülməsinin acibliyindən danışılıb. Mövsüm yekunlaşandan sonra konkret addımlar atılacaq».

Digər Xəbərlər
Xəbər Lenti