NAZİRDƏN ŞOK CAVAB: "Neftçi" mənlik deyil,  mən azarkeşəm"

25 May 2023 19:00 Neftçi 2 608
NAZİRDƏN ŞOK CAVAB: "Neftçi" mənlik deyil,  mən azarkeşəm"

Elm və təhsil naziri, “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev paytaxt klubunun hazırkı durumu haqda danışmaq istəməyib.

Bu haqda sosial şəbəkə istifadəçisi Elsəvər Muradzadə paylaşım edib.

O, şəxsi profilindəki statusunda bunları yazıb:

“Bayaq basketbolda "Neftçi"nin Müşahidə Şurasının üzvü olan nazir Emin Əmrullayevə yaxınlaşdım. "Neftçi" barədə suallar vermək istədiyimi bildirdim.

Cavab verdi ki, "Neftçi" mənlik deyil, mən azarkeşəm".

Ötən ilin dekabrın 1-də "Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər edilib. MŞ-in yeni sədri SOCAR prezidenti Rövşən Nəcəf olub.

O, Çingiz Abdullayevi əvəzləyib. Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti