
“Azarkeşləri çox gözəl başa düşürəm və hər birinə haqq qazandırıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdfaiəçisi Mert Çelik deyib.
O, “uğursuz mövsüm keçirən “Neftçi”nin incik azarkeşlərinə sözün nədir” sualına cavabında bunları söyləyib:
“Fanatlarımız “Neftçi”ni üçüncü yox, birinci sırada görmək istəyir. Biz özümüz də onlarla eyni fikirdəyik.
Ancaq indi elə bir məqamdır ki, komandanın dəstəyə ehtiyacı var. Finalda qalib gəlib, titul qazanmaq istəyirik.
İyunun 3-də azarkeşlərimizin yanımızda olacaqlarına hədsiz inanıram”.