"Neftçi"də transferləri mənə tapşırın, komandanı çempion edim"

25 May 14:00 Neftçi 6 689
"Neftçi"də transferləri mənə tapşırın, komandanı çempion edim"

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampfın gələcəklə bağlı yeni planı üzə çıxıb.

SOCAR rəhbərliyi ilə görüşən və buradakı fəaliyyətini növbəti mövsüm də davam etdirəcəyinə zəmanət alan rumıniyalı iş sistemini dəyişmək istəyir.

O, bu haqda fikirlərini neft şirkətinin məsul əməkdaşlarının diqqətinə çatdırıb. Rege hazırkı səlahiyyətlərinin yetərsiz olduğunu söyləyib.

Şərqi avropalı çalışdırıcı iddia edib ki, komandanın cari mövsüm Premyer Liqada uğursuz çıxışınıın əsas səbəbkarı o deyil.

Ötən ilin iyununda görəvə gəlmiş rumın transfer məsələlərinə qarışmadığını, bu işlərin birbaşa klub rəhbərliyi tərəfindən həyata keçirilməsini qeyd edib.

«Styaua»nın sabiq baş məşqçisi onun dönəmində alınan əksər legionerlərin səviyyəsini aşağı qiymətləndirib. Həmçinin yerli futbolçuların keyfiyyətində «Qarabağ» və «Sabah»a uduzduqlarını önə çəkib.

Rege transfer mövzusunda səlahiyyətlərin ona verilməsini tələb olaraq irəli sürüb: «Belə etsək, mən Rumıniyadan, Avropanın başqa ölkələrindən daha güclü oyunçular gətirərəm, onda da çempionluq uğrunda sonadək mübarizə aparırıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU