Emin Mahmudova FANTASTİK PUL təklif etdilər, amma o… Ailə nədən çəkinir?

25 May 2023 11:40 Neftçi 7 493
Emin Mahmudova FANTASTİK PUL təklif etdilər, amma o… Ailə nədən çəkinir?

«Neftçi»nin kapitanı Emin Mahmudova yeni təklif gəlib.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi karyerasını Asiyada davam etdirə bilər.

Bu dəfə Cənubi Koreyadan dəvət alıb. "Daejon Sitizen" Premyer Liqanın cari mövsümündə 16 qol vurmuş orta sahə oyunçusu ilə 2 illik müqavilə bağlamaq niyyətində olduğunu bildirib.

O. koreyalıların çağırışını geri çevirməsə, illik 700 min avro qazana bilər. Bu isə "Neftçi"nin irəli sürdüyü şərtlərdən təqribən 2,5 dəfə çoxdur.

Paytaxt təmsilçisi komandanın liderini düşərgədə saxlamaq üçün 350 min dollarından keçməyə hazırdır. Emin bu məbləğə minimum daha 150 min əlavə olunmasını istəyir.

Onun Cənubi Koreyaya yollanması ailəsinin verəcəyi qərardan asılıdır. Yaxınları Rusiyaya dönməkdə israrlıdır.

Asiya ölkəsindən gələn təklifin şərtləri göz qamaşdırsa da, Mahmudovlar onun parıltısına alanmaq istəmir. Dindar ailə Cənubi Koreyaya adaptasiya olmağın çətinllklərindən ehtiyatlanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"