COP29

Emin Mahmudov problemi: "Bu ayrılıq "Neftçi" daxilində…"

3 İyun 2023 19:00 Neftçi 2 509
Emin Mahmudov problemi: "Bu ayrılıq "Neftçi" daxilində…"

Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonu başa çatır.

Amma hələ də onunla bağlı durum qeyri-müəyyən olaraq qalmaqdadır.

Gedişi daha real görünən kapitanla bağlı yeni iddia var.

Belə ki, kapitanın Cənubi Koreyanın "Daejon Sitizen" klubu ilə 2,5 illik anlaşma əldə etdiyi bildirilir.

"Neftçi"nin 350.000 dollarlıq təklifinə yox deyən, Mahmudov yeni klubunda bundan 2 dəfə çox, illik 750.000 $ qazanacağı da yayılan xəbərlər arasındadır.

Düşünmək olardı ki, Mahmudovun ayrılıq qərarı verməyi fanatları qəzəbləndirəcək.

Axı o, son illər "ağ qaralar"ın simvoluna çevrilməyi bacarıb.

Amma heç də hər şey düşündüyümüz kimi deyilmiş.

Belə ki, tərəfdarların böyük əkəsəriyyəti onun ayrılıq iddasını xoş qarşılayıb və uğur arzulayıblar.

Çoxluq indiki rəhbərliklə işləməkdənsə getmək qərarı verməyi doğru hesab edib:

"Yaxşı edir. Bu rəhbərliklə kim işləmirsə düz edir".

"Yolun açıq olsun. Kamran Quliyev və Laurentsiu Regekampfla işləyib karyerasın çürütməkdənsə, get pulunu qazan. Halal xoşun olsun. Sən də gördün ki, klubda gələcəklə bağlı "işıq" yoxdur".

"Eminin gedişi komanda daxilində problemlərin olmasını göstərir. Bu gedişlə "Neftçi" ortabab komanda olmaq yolunda irəliləməyə davam edəcək".

"Çempion heyəti saxlaya bilməyən rəhbərliyin Emini indiyə kimi saxlaması möcüzə idi. Uğurlar, Emin".

"31 yaşı var. Düz edib gələcəyin fikirləşir".

"Uğurlar sənə. Bu klub sənə layiq deyildi".

"Bu rəhbərliklə qalmaqdansa getməsi yaxşıdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti