“Neftçi”nin futbolçusunu tribunada gördülər, ondan xahiş etdilər, xətrlərinə dəymədi – FOTO

24 May 22:20 Neftçi 907
“Neftçi”nin futbolçusunu tribunada gördülər, ondan xahiş etdilər, xətrlərinə dəymədi – FOTO

Premyer Liqanın 35-ci turunda “Neftçi” Qəbələdə səfərində “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdi.

Oyuna start heyətində başlayan Azərbaycan millisinin üzvü Höccət Haqverdi fasilədə Salomon Kvirkveliya ilə əvəzləndi.

Hissənin sonlarına yaxın ayağından zərbə alan mərkəz müdafiəçisi matçı davam etdirə bilmədi.

Meydanı vaxtından əvvəl tərk edən Höccət ikinci hissəni ehtiyat oyunçular skamyasından yox, tribunadan izləmək qərarına gəldi ki, azarkeşlərin arasında peyda olması futbolsevərlərin marağına səbəb oldu.

Yığma üzvünü görən bir neçə azarkeş ona yaxınlaşaraq xatirə şəkli çəkdirmək istədi. Höccət heç kimin xətrinə dəymədən hər birini bir-bir yanına dəvət etdi.

Qış fasiləsində “Neftçi”ylə müqavilə bağlayan Höccət Haqverdi vaxtilə “Sumqayıt”ın uğurları üçün tər töküb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu