
“Neftçi” qələbəsizlik seriyasına Qəbələdə son qoydu.
Son 3 oyunda 3 xal üzünə həsrət qalan “ağ-qaralar” “Kəpəz”lə qarşılaşmada hesabda geri düşməsinə baxmayaraq, yekunda qalibiyyətə sevindi.
Qarşılaşma başa çatandan sonra futbolçuların qonaqlar üçün tribunaya tərəf yön alması təəccüblə qarşılandı. Axı, oyunboyu “Neftçi” azarkeşləri gözə dəyməmişdi.
Futbolçular tribunanın önünə gəlib minnətdarlıq edəndə, məlum oldu, “Neftçi”ni dəstəkləmək üçün Bakıdan üç azarkeş gəlib. Təşəkkür də onlara idi.
Maraq üçün bildirək ki, “ağ-qaralar”ın səfər matçlarında daim tribunadakı yerini tutan “Forza Neftçi”nin üzvləri Tovuz və Qəbələ səfərlərində gözə dəyməyib.
Premyer Liqanın 35-ci turunda baş tutan görüşdə “Neftçi” “Kəpəz” üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: