"Neftçi"dən ayrılmağı arzulayır: "Çox işləyirəm və tənbəl həyatım yoxdur"

23 May 2023 14:20 Neftçi 1 545
"Neftçi"dən ayrılmağı arzulayır: "Çox işləyirəm və tənbəl həyatım yoxdur"

"Bu, Azərbaycanda böyük klubdur".

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin legioneri Kenni Sayef belə deyib.

İsrail kökənli amerikalı yarımmüdafiəçi Belçika mətbuatına danışıb. Vaxtilə bu ölkədə "Anderlext"in formasını geyinmiş vinger "Neftçi"dəki çıxışı barədə fikirlərini bölüşüb: "

Burada çox işləyirəm və tənbəl həyatım yoxdur. Son illərdə aldığım zədələrdən sonra karyeramda çox gözəl dövr yaşayıram.

Ümid edirəm ki, bir gün Belçikaya qayıdacam. Mən hamıya sübut etmək istəyirəm ki, formamı bərpa etmişəm.

Xoşbəxtlikdən artıq iki ildir ki, sağlamam. Təəssüf ki, liqa matçları üçün stadionlara o qədər də çox azarkeş gəlmir.

Bir oyunçu kimi əsl futbol atmosferi üçün darıxırsan. Avrokuboklarda fanatlar çox olur. "Qarabağ"da da belədir".

Digər Xəbərlər
Xəbər Lenti