
«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf Premyer Liqanın 35-ci turunun «Kəpəz»lə səfər oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında diqqətçəkən bir açıqlama verdi.
Jurnalistlərin onun gələcək taleyi ilə bağlı verdiy sualı cavablandıran rumıniyalı bildirdi ki, növbəti mövsümü də burada keçirəcəyi dəqiqdir.
Ötən ilin iyununda Azərbaycana gələn şərqi avropalının müqavilə müddəti 2 ildir. Bakılılar Rege ilə əməkdaşlığa vaxtından əvvəl xitam verərsə, kompensasiya ödəməlidir.
Belə bir iddia var ki, komanda ölkə kubokunu qazanmasa, vəzifəsi ilə vidalaşacaq.
Bunu hamı istəyir - «Neftçi»nin futbolçusu da, azarkeşi də, ictimaiyyət nümayəndələri də. Amma bilin - rumın mediaya yuxusunu danışmır.
O, SOCAR-ın yüksəkçinli məmurları ilə görüşüb, üzümüzə gələn sezonla əlaqəli məsələləri müzakirə edib, qarantiya alıb.
Regeni arxayın salıblar ki, əməkdaşlığın dayandırılması müzakirə mövzusu deyil, hətta ölkə kubokunun finalında «Qəbələ»yə uduzsalar belə!
Baş məşqçiyə tapşırılıb ki, heç kimdən və heç nədən çəkinməsin, söz-söhbətlərə inanmasın, sakitcə öz işini görsün - qovulmaq təhlükəsi ondan çox uzaqdır.
SPORTİNFO.AZ