“Bakı”da yetişdi, “Neftçi"də əlamətdar hadisə yaşadı

23 May 2023 00:40 Neftçi 719
“Bakı”da yetişdi, “Neftçi"də əlamətdar hadisə yaşadı

Azərbaycan Premyer Liqasının XXXV turu “Neftçi”nin futbolçusu üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyevin yubileyi ilə yadda qalıb.

Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/2009 mövsümündə debüt edib.

İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib.

Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!