“Neftçi”nin futbolçusu görün nədən şikayətləndi!

22 May 2023 22:40 Neftçi 613
“Neftçi”nin futbolçusu görün nədən şikayətləndi!

“Neftçi”nin futbolçusu Mert Çelik komandasının “Kəpəz” üzərində 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra Sportinfo.az-a müsahibə verib.

22 yaşlı müdafiəçi oyunla bağlı fikirlərini dilə gətirəndən sonra sualları cavablandırıb:

- Xeyli vaxtdır qalib gələ bilmirdik. “Kəpəz”lə matçda qələbə qazandığımız üçün sevincliyik. Qapımızda qol görsək də, geridönüş etməyi bacardıq. İnşallah, qarşıdakı oyunları da qələbəylə başa vurarıq.

- Hesabda geri düşəndə 90 dəqiqəni qalib başa vuracağınıza dair inam var idi?

- Keyfiyyətli futbolçulara sahibik. Və hər birimiz meydanda olduğumuz müddətdə ən yaxşısını etməyə çalışırıq. Meydanda kimin olmasından asılı olmayaraq yalnız və yalnız qalibiyyət haqda düşünürük. Komanda yoldaşlarımıza güvəndiyim üçün qalib gələcəyimizə inanırdım.

- Komandada sabitlik çatmır. Ümumiyyətlə, “Neftçi” dördüncü dövrədə özünə bənzəmir. Bunun səbəbi nədir?

- Bəzən ideal formadan uzaq oluruq. Bu amil xüsusi rol oynayır. Bəzən də bəxtsizliklə üzləşirik. Premyer Liqanı üçüncü pillədə başa vurduq. Bundan sonra bütün fikrimizi kubokun finalına ayırmışıq. Allahın izni ilə titul qazanıb, azarkeşlərimizi sevindirərik.

- Ardıcıl yenilgilər futbolçulara necə təsir edir? Növbəti oyunlara hazırlaşmaq çətin olmur?

- Rəqibin adından asılı olmayaraq hər oyuna qalib gəlmək üçün çıxırıq. 100 faizlik qol imkanlarımız olsa da, dəyərləndirə bilmirdik, əvəzində qapımızda gözlənilməz toplar görürdük. Şükürlər olsun ki, uğursuz seriyaya “Kəpəz”lə oyunda son qoya bildik. Qələbə qazanandan sonra komandada ruh yüksəkliyi artır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti