Premyer Liqanın 35-ci turunda “Kəpəz” Qəbələdə “Neftçi”ni qəbul edib.
Oyun “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma başa çatandan sonra “Neftçi”nin futbolçuları gəncəli azarkeşlərin alqışını qazanıb.
Aqil Məmmədova, ardınca İsmayıl zülfüqarlıya diqqət göstərən qərb bölgəsinin fanatları Emin Mahmudovu görüncə onu alqışlayıb.
Daha sonra şəkil çəkdirmək üçün yer aldıqları tribunanın önünə səsləyib.
Qazanılan qələbədən əhvalı yerində olan Mahmudov azarkeşlərin istəyini yerə salmayıb.
Azərbaycan millisinin üzvü polislərdən icazə alaraq tribunaya yaxınlaşıb, bir neçə gəncəli tərəfdarla xatirə fotosu çəkdirib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

