“Neftçi” bu dəfə tək qaldı - FOTO-FAKT

22 May 2023 20:40 Neftçi 829
“Neftçi” bu dəfə tək qaldı - FOTO-FAKT

Premyer Liqanın 35-ci turu çərçivəsində “Kəpəz” Qəbələdə “Neftçi”ni qəbul edib - 1:3.

“Ağ-qaralar” səfər matçında dəstəksiz qalıb.

Belə ki, sevimli komandalarının səfər oyunlarında futbolçuları tək buraxmayan “Forza Neftçi” Qəbələyə səfər etməyi lazım bilməyib. Görünür, bakılıların son oyunlardakı uğursuz nəticələri fanatların əhvalına “soğan doğrayıb”.

Maraqlıdır ki, klubun prezidenti Kamran Quliyev də bölgədə gözə dəymir. “Neftçi”nin rəhbəri şəxsi işləri ilə bağlı Bakıda qalmağı üstün tutub.

Quliyev “ağ-qaralar”ın “Turan Tovuz”a 0:4 hesabı ilə məğlub olduğu səfər görüşündə də Tovuza yollanmamışdı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti