"Neftçi"dən bixəbərdir - Bir avrodan, bir də gündəlik məzənnədən xəbəri var

22 May 2023 17:40 Neftçi 846
"Neftçi"dən bixəbərdir - Bir avrodan, bir də gündəlik məzənnədən xəbəri var

«Neftçi» bir neçə həftəlik aradan sonra qələbə intizarına son verdi.

«Kəpəz»i Qəbələdə məğlubiyyətə uğratdılar.

Açığı, «Kəpəz» sonadək döyüşmədi, Lorentsiu Regekampf da 3 xala sevindi.

Nəticə – sevindirici hal yalnız budur. Heyhat, biz yenə «Neftçi»nin gözəl və istəkli oyunundan, məzmunlu taktiki gedişlərindən danışa bilmirik.

Bu, öncə olduğu kimi, yenə yoxdur.

Regedən söz etmək artıqdır. O, bəlkə də məşqçidir və başqa hardasa işləyə, hətta uğur qazana bilər.

Rumıniyalı 11 aydır «Neftçi»dədir və bu işbirliyinin faydasız olmasına dair nəinki 11, 111 fakt da tapmaq mümkündür.

«Neftçi» ölkə kubokunun finalında «Qəbələ»yə qalib gəlib titulu başı üzərinə qaldırsa belə, mənim onunla bağlı mövqeyim dəyişməyəcək.

Kuboka uzanan yolda «Qarabağ» və «Sabah»la qarşılaşmayan, Mateus Saldanyanın qiymətində komanda quran «Turan Tovuz»u güc-bəla ilə üstələyən Regenin «Neftçi»si yenə avrokuboklarda fiaskoya uğramağa məhkumdur.

Nə futbol oynadır, nə tərzi yaşlılara uyğun gəlir, nə də gənclərə.

Rege «Neftçi»ni sevmir. O, «Neftçi»ni anlamır. Rumıniyalı «Neftçi»nin azarkeşləri üçün nə mənaya gəlməsindən də bixəbərdir.

Regenin bir avrodan, bir də onun gündəlik məzənnəsindən xəbəri var.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti