"Neftçi"də 1+1 illik müqavilə - Daha az maaşa razılaşdı

21 May 2023 19:00 Neftçi 5 484
"Neftçi"də 1+1 illik müqavilə - Daha az maaşa razılaşdı

2019-cu ildən “Neftçi”nin formasını geyinən Vojislav Stankoviç minimum daha 1 mövsüm ağ-qara formanı geyinəcək.

35 yaşlı müdafiəçi bakılıların 1+1 illik yeni müqavilə təklifini qəbul edib.

Serbiyalı legioner Azərbaycandan getməmək üçün paytaxt təmsilçisində daha az maaşla oynamağa razılıq verib.

Balkanlı 10 ildən artıqdır Azərbaycandadır. O, öncə «İnter»in (indiki «Şamaxı») şərəfini qoruyub.

Ardınca «Qəbələ»nin uğurları üçün tər töküb. «Neftçi»yə də elə oradan gəlib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti