ŞOK İDDİA: "Neftçi"nin rəhbərliyində olanların bir-birlərindən xoşu gəlmir" - VİDEO

21 May 2023 11:30 Neftçi 1 256
ŞOK İDDİA: "Neftçi"nin rəhbərliyində olanların bir-birlərindən xoşu gəlmir" - VİDEO

«Kamran Quliyev yeni qurban axtarışındadır».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»nin iç dünyasını gözdən keçirib, bir sıra iddialar irəli sürüb. Bildirib ki, rəhbər şəxslər arasında ciddi fikir ayrılıqları mövcuddur və bu şəxslər bir-birləri ilə yola getmirlər.

Prezident Kamran Quliyevin yaxınlarda fanatlarla görüşdüyünü söyləyən Abasov onun komandanın uğursuzluqlarını Zaur Əzizovda gördüyünü diqqətə çatdırıb.

Demə, o, azarkeşlərlə söhbətində nəticələrə idman direktorunu məsuliyyət daşıdığını qeyd edib.

Ekspert Əzizovun «Neftçi»yə böyük ümidlərlə gətirildiyini, lakin bu şəxsin etimadı qətiyyən doğrultmadığını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti