Azərbaycan futbolunun ən yaddaqalan futbolçularından olmuş Mahmud Qurbanovun 50 yaşı tamam olub.
Bu münasibətlə “Neftçi”nin prezidenti yubilyarı klubun bazasına dəvət edib.
Vaxtilə futbolçu kimi “ağ-qaralar”ın formasını geyinmiş, son illər klubun əvəzedici komandasında baş məşqçi işləmiş Mahmud bəylə görüşən “Neftçi”nin rəhbəri ona ən xoş arzularını çatdırıb, xatirə hədiyyəsi təqdim edib.
Sözügedən şəxslərin birgə fotosu bakılıların sosial media səhifələrində paylaşılıb. Və həmin şəkil izləyicilərdə çaşqınlıq və əsəb yaradıb.
Onların bəziləri Kamran Quliyevin istefaya göndərildiyini təxmin edərək sevinc şərhləri yazıb. Əksəriyyət isə prezidenti istefaya səsləyib:
“Yaxşı təbrik etməyiniz var”.
“Elə bildim, Kamran Quliyev istefa verdi”.
“Mahmud müəllimi təbrik edirəm. O gün olsun Kamran Quliyev istefa versin”.
“Admin, elə bildim, “Kamranla Rege istefa verdi” yazmısan. Nə vaxt yazacaqsan Sadıq Sadıqov, Tahir Süleymanov, Ağasəlim Mircavadov gəldi “Neftçi”yə?”.
“Neftçi”də prezident də var imiş?”
“O. ancaq belə işlərə yaxşı yarıyar. Ad günləri, banketlər, şənliklər, sünnət toyları...”
“O gün olsun sənin “Neftçi”dən getdiyin günü qeyd edək”.
“Kamran Quliyev getsin, onun yerinə Mahmud müəllim gəlsin”.
HƏBİB / SPORTİNFO.AZ

