“Özümü əla hiss edirəm, hər şey qaydasındadır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Yeqor Boqomolski deyib.
“Ağ-qaralar”ın ötən ilin yayında “Minsk”dən transfer etdiyi belaruslu legioner meydanda az vaxt keçirir.
21 yaşlı forvard əsas heyət üzünə demək olar həsrətdir. Onun bu haqda baş məşqçi Lorentsiu Regekampfla söhbəti olubmu?
Ümumiyyətlə, “Neftçi”dəki durumundan nə dərəcədə razıdır?
Boqomolski bildirib ki, meydanda nə qədər az görünsə də, halından məmnundur:
“Məşqlərdə bacardığımın ən yaxşısını edib, şansımı gözləyirəm. Əlimə şans düşən ilk anda maksimum dəyərləndirməyə çalışacam.
Baş məşqçi kimi hazır görürsə, ona da şans verir. Bu mövzuda onunla söhbət etməyə gərək duymuram”.

