PFL “Neftçi”ylə “Kəpəz”i digərlərindən ayırdı – BU SƏBƏBDƏN

19 May 2023 20:40 Neftçi 1 941
PFL “Neftçi”ylə “Kəpəz”i digərlərindən ayırdı – BU SƏBƏBDƏN

Premyer Liqada 35-ci turun oyunlarının başlama saatına aydınlıq gəlib.

Çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası növbəti turla bağlı qərar verib.

Qərara əsasən, avrokuboklara vəsiqə uğrunda və elitada qalmaq üçün mübarizə aparan komandaların oyunları eyni gündə v eyni saatda start götürəcək. Bütün matçlar mayın 21-də eyni saatda – 16:30-da başlayacaq.

Yalnız bir oyun istisnadır. “Kəpəz” – “Neftçi” dueli bir gün öncəyə - mayın 21-nə təyin olunub.

“Ağ-qaralar” üçüncülüyü, gəncəlilər isə elitada qalmağı təmin etdiyindən, bu qarşılaşmasının yekun nəticəsində turnir cədvəli baxımından önəm qalmayıb.

Qəbələdə baş tutacaq “Kəpəz” – “Neftçi” duelinin start fiti saat 18:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti