“Neftçi” açılış etdi, Emin Mahmudov diqqət mərkəzinə düşdü - FOTOLAR

19 May 2023 01:00 Neftçi 1 544
“Neftçi” açılış etdi, Emin Mahmudov diqqət mərkəzinə düşdü - FOTOLAR

“Neftçi” Futbol Məktəbinin Qara Qarayev filialının açılış mərasimi olub.

Sportinfo.az xəbər verir ki, tədbirdə “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, U-9 komandamızın baş məşqçisi İslam Kərimov, həmçinin əsas komandamızın üzvləri – Emin Mahmudov, Kilan Lebon, İsmayıl Zülfüqarlı və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimindən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Himndən sonra Cemal Bülbül və İslam Kərimov çıxıb ediblər. Ardınca tort kəsilib və əsas komandamızın futbolçuları “Neftçi” Futbol Məktəbinin üzvləri ilə görüşüb.

Daha sonra yeniyetmə futbolçular tərəfindən məşq elementləri nümayiş olunub. Sonda xatirə şəkli çəkdirilib.

“Neftçi” Futbol Məktəbi 2022-ci ilin yanvarında “Türk Hava Yolları Futbol Mərkəzi”ndə fəaliyyətə başlayıb. Həftədə 3 dəfə keçirilən məşq prosesində UEFA lisenziyasına malik peşəkar məşqçi, inzibati və tibbi heyəti iştirak edir.

Bundan əlavə, “Neftçi” Futbol Məktəbinin U-11, U-13 və U-15 komandaları Ulduzlar Liqasında mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!