Futbol eksperti Emin Abbasov «Neftçi»nin cari mövsümü uğursuz keçirməsinin iki əsas səbəbkarının adını açıqlayıb.
O, bu barədə ATV kanalında yayımlanan «Futbolumuz» verlişində danışıb.
Tanınmış futbol adamı bildirib ki, klubun başında dayanan şəxslər – Rövşən Nəcəf və Zaur Qəhrəmanov kadr seçimində böyük səhvə yol verib.
Ekspert Zaur Əzizovun idman direktoru postuna gətirilməsinin yanlış addım olmasına diqqət çəkib, bu təyinatdan sonra işlərin daha pis getməsinə dair faktlar sadalayıb.
Həmçinin qeyd edib ki, Lorentsiu Regekampfın baş məşqçi kürsüsünə əyləşdirilməsi komandanın «belini qırıb».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

