"Neftçi"nin baş məşqçisi bu şəxsə nə deyib və necə "yerində oturzdurub"?

15 May 2023 14:00 Neftçi 1 674
"Neftçi"nin baş məşqçisi bu şəxsə nə deyib və necə "yerində oturzdurub"?

«Neftçi»də qeydə alınan növbəti qalmaqalın bəzi təfərrüatları məlum olub.

Akademiyanın koordinatoru Elşad Əhmədovla U-17 komandasının çalışdırıcısı Rəşad Hüseynov arasında yaşanan insident birincinin təhriki ilə baş verib.

Belə ki, «Qarabağ»la keçirilən oyundan sonra «ağ-qaralar»ın paltardəyişmə otağında aləm bir-birinə dəyib. Bakılılar matçın gedişində 4:0 önə keçib və bu üstünlüyü əldən verib.

«Neftçi» yalnız son saniyələrdə daha bir qol vurub və qələbə qazanıb. Bu zaman iki komandanın futbolçuları arasında dava düşüb və baş hakim hər tərəfdən bir nəfərə qırmızı vərəqə göstərib.

Elşad Əhmədov bu hadisədən qəzəblənib və final fitinin ardından baş məşqçiyə öz sərt etirazını bildirib və «nizam-intizam yarada bilmirsiz, hamı özbaşınalıq edir» deyib.

Rəşad Hüseynov ona «Mən məşqçiyəm, sizin futbolçunuz deyiləm ki, belə rəftar edəsiz, Neçə ildir futboldasız, amma hələ də məşqçilərlə necə rəftar etməyin lazım olduğunu öyrənməmisiz» söyləyərək, cavab qaytarıb.

Belədə, ikili arasında mübahisə əlbəyaxa davaya çevrilib. Yaxınlıqdakı şəxslər və futbolçular onları bir-birindən güclə ayırıb.

Məlumat üçün bildirək ki, bu, Elşad Əhmədovun «Neftçi»də törətdiyi ilk belə qalmaqal deyil. O, daha öncə bir neçə məşqçiyə qarşı kobud davranıb.

Ümumiyyətlə, koordinator başqa şəxslərin vasitəsilə bura gələnlərə pis münasbət bəsləməkdədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!