"Neftçi"nin baş məşqçisi ilə bağlı belə bir İDDİA VAR!

15 May 2023 11:00 Neftçi 2 494
"Neftçi"nin baş məşqçisi ilə bağlı belə bir İDDİA VAR!

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın adı yenidən Rumıniyada “Universitatya Krayova” ilə hallanır.

Sportinfo.az xəbər verir ki, "ProSport" nəşri 48 yaşlı mütəxəssisin “Universitatya Krayova” ilə danışıqlar apardığını yazıb.

Klub UEFA Konfrans Liqasına vəsiqə qazana bilməsə, Eugen Neago ilə vidalaşacaq. Rumıniya təmsilçisinin maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfı bu posta gətirmək niyyətindədir.

Digər iddiaya görə, baş məşqçi razılıq əldə edəcəyi təqdirdə, “Universitatya Krayova”da yay transfer pəncərəsinə tam nəzarət etməyi planlaşdırır.

Mütəxəssisin “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, "ağ-qaralar"a keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nın sükanı arxasında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!