«Heç kim «Neftçi»nin gələcəyi ilə bağlı danışa, nəsə deyə bilmir».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
Tanınmış şərhçi bildirib ki, bu rəhbərlik "Neftçi"nin yükünü daşıyacaq bacarığa malik deyil.
O, "ağ-qaralar"ın uzaq və yaxın keçmişdə azsaylı uğurlar qazandığını yada salıb.
1966-cı ildə əldə olunan SSRİ çempionatının bürünc medalını və 2012-ci ildə UEFA Kubokunun qrup mərhələsinə vəsiqəni xatırladan Abbasov qeyd edib ki, mövcud idarəçilər öz işinin öhdəsindən gəlmir.
Rəsmilərin, eləcə də azarkeşlərin keçmişlə yaşadığını söyləyən ekspert diqqətə çatdırıb ki, istənilən klubun fəaliyyəti onun akademiyası və ya həyata keçirdiyi hansısa layihələrlə deyil, əsas komandanın nəticələri ilə ölçülür.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

