“Neftçi”dən son dərəcə əmin AÇIQLAMA: “Tam hazırıq”

13 May 2023 20:40 Neftçi 2 063
“Neftçi”dən son dərəcə əmin AÇIQLAMA: “Tam hazırıq”

“Biz yeni layihənin icrasına tam hazırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Onun bildirdiyinə görə, Azərbaycan Respublikası Audiovizual Şurasına müraciət ediblər.

Paytaxt klubu internet üzərindən fəaliyyət göstərən eyniadlı kanala lisenziya almaq məqsədilə Milli Televiziya və Radio Şurasının hüquqi varisinə məktub ünvanlayıb.

Premyer Liqanın bürünc medalçısı 3 ildir «yutub»da izləyicilərinin görüşünə gələn «Neftçi»TV-ni kabel televiziyasına çevirmək niyyətindədir.
Audiovizual Şuranın «Neftçi»nin müraciətinə yaxın günlərdə baxması və rəy verməsi gözlənilir.

R,Allahverdiyevi dinləyək:

“Hazırda “Neftçi”TV-də 17 nəfər çalışır. Bizdə daha 2-3 gənc təcrübə keçir. Yayımlarımız normal axarda davam edir.

Baxımlı verlişlərimiz çoxdur. Şura “Neftçi”TV-yə kabel yayımçı lisenziyası versə, kollektivimizi daha da böyüdəcəyik.

Texniki avadanlıqlarımız və peşəkar işi heyətimiz imkan verir ki, yeni yayım sistemində də uğurlu fəaliyyət göstərək.

Ümid edirik ki, Audiovizual Şura müraciətimizi müsbət cavablandıracaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!