"Neftçi"nin futbolçusu yaşadığı TELEFON QALMAQALInın gizlinlərini açdı…

14 May 2023 19:00 Neftçi 1 927
"Neftçi"nin futbolçusu yaşadığı TELEFON QALMAQALInın gizlinlərini açdı…

"Neftçi" Premyer Liqanın 33-cü turunu Tovuzda yaşadığı şokla keçirdi.

"Turan"nın qonağı olan bakılılar meydandan darmadağınla ayrılmalı oldu - 0:4.

Qarşılaşmanın gedişi zamanı isə qonaqların müdafiəçisi Azər Salahlı atdığı addımla bir andaca qəzəbli fanatların qınağına tuş gəldi.

Belə ki, Lorentsiu Regekampfın əsas heyətdə yer vermədiyi arxa xətt oyunçusu özüylə götürdüyü mobil telefonla ehtiyat skamiyada oynadığı yerdə görüntülənib.

Maraqlıdır, komandasının belə hesabla uduzduğu məqamda onu telefonla oynamağa nə vadar edib? Ümumiyyətlə, meydana çıxmağı düşünməli olan ehtiyat oyunçu özü ilə mobil telefonu niyə götürüb?

Bütün bu suallara Salahlı özü Sportinfo.az-a açıqlamasında aydınlıq gətirib:

"Məsələ ilə bağlı lap əvvələ gedim ki, hər şey hamıya tam aydın olsun. "Turan"la ölkə kubokunun cavab görüşünün son dəqiqələrində vurduğumuz qollardan sonra arada müəyyən münaqişə yaşandı.

Həm hər iki komandanın ehtiyat skamiyasında oturan şəxslər arasında, həm də azarkeşlər arasında gərginlik yaşanmışdı. Futbolda belə hallar normaldır.

Bir neçə gün sonra Tovuz səfərinə yollandıq. Zədə səbəbindən görüşü buraxacağım əvvəldən məlum idi.

Qarşılaşmadan iki gün əvvəl zədələnmişdim. Hər ehtimala səfərə aparıldım ki, bəlkə vəziyyətim düzələr.

Amma oyun günü aydınlaşdı ki, meydana çıxmağım mümkünsüzdür. Əslində heç iştirak ərizəsində belə adım olmayacaqdı.

Sadəcə, Bakıda yaşanan qalmaqaldan sonra tribunada oturmağımın riskli olduğunu nəzərə alıb, bu addımı atdılar. Tribunada başqa əməkdaşlarımız da yer almamışdı.

Diqqətlə baxanda görünür ki, əynimdə heç normal oyun geyimi də yoxdur. Sadəcə, hakimlərin tələbi əsasında göy gödəkcə geyinmişdim.

Ehtiyat skamiyadan kənarda, adətən, oturacaqlar olur. Tovuz stadionunda bu olmadığından futbolçularla birgə əyləşmişdim.

Yəni, oynamayacağım dəqiq olduğu üçün telefon da üzərimdəydi. Telefona baxmaq səbəbim isə buraxdığımız qolla bağlıydı.

Burada hər hansı hörmətsizlikdən, intizamsızlıqdan söhbət gedə bilməz. "Neftçi"dən əvvəlki klublarda da, milli komandamızda da heç vaxt intizamsız hərəkətimlə yadda qalmamışam.

Formasını geyindiyim komandaya, onun azarkeşlərinə hər zaman hörmət etmişəm.

Məlum foto isə "Turan"nın vurduğu ikinci qoldan sonra çəkilib. Qolun oyundankənar vəziyyətdən vurulmaq ehtimalı vardı.

Mən də qolun oyundankənar vəziyyətdən olub-olmamasını dəqiqləşdirirdim".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!