"Neftçi” braziliyalı Andre Şinyaşikinin transferini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Bakı klubu 26 yaşlı hücumçunun keçidini xüsusi videoçarxla təqdim edib.
ABŞ-ın "Şarlott” klubundan alınan forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Andre Şinyaşiki ABŞ-nin "Kolorado Rapids” (2017-2022), "Kolorado Sprinqs Suitçbaks” (2019) və "Şarlott” (2022-2023) klublarında çıxış edib.
2019-cu ildə MLS-də ilin ən yaxşı gənc oyunçusu seçilib.
"Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev və sağ cinah müdafiəçisi Ervin Koffi ilə anlaşıb.

