Tanınmış məşqçi “Neftçi”ya gələcək, yoxsa “Fənərbaxça”ya?

27 İyun 2023 00:40 Neftçi 1 373
Tanınmış məşqçi “Neftçi”ya gələcək, yoxsa “Fənərbaxça”ya?

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin Sərgən Yalçınla bağlı xəbərləri şərh edib.

Sportinfo.az xəbər verir ki, o, adı “Neftçi” və “Fənərbaxça” ilə hallanan 50 yaşlı mütəxəssislə bağlı danışarkən deyib:

“Sərgən Yalçın “Fənərbaxça” ilə heç görüşməyib. Onun Azərbaycan komandasına keçəcəyini isə zənn etmirəm”.

Sinan Engin Türkiyə futbol dairələrində məlumatlı şəxslərdən hesab olunur.

S.Yalçın bugünlərdə Bakıda olub. O, "Neftçi"nin Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti