Tanınmış futbol adamına “Neftçi”də yeni vəzifə verildi

15 Avqust 2023 20:00 Neftçi 5 171
Tanınmış futbol adamına “Neftçi”də yeni vəzifə verildi

“Neftçi”də kadr təyinatı olub.

2021-ci ilin dekabrında “Qəbələ”dən gələn Zaur Əzizov idman direktoru vəzifəsini klubda rəis köməkçisi postuna dəyişib

O, bundan sonra Kamil Məmmədovun yardımçısı olaraq fəaliyyət göstərəcək. Həmçinin menecer olaraq işini davam etdirəcək.

Zaur Əzizov, ümumiyyətlə, klub təsərrüfatında çalışan ən təcrübəli funksionerlərdən biridir. “Xəzər Lənkəran” tarixində ilk və sonuncu dəfə onun burada vəzifə tutduğu ildə çempionluq sevinci yaşayıb.

Daha sonra 13 il “Qəbələ”nin uğurları üçün əlindən gələni edib.

“Qırmızı-qaralar” onun baş menecer postundə əyləşdiyi bu illərdə iddialı hala gəlib, ardıcıl iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!