"Neftçi" ilə anlaşan Paraqvay yığmasının vunderkindi nə qədər qazanacaq?

25 Avqust 2023 09:40 Neftçi 7 454
"Neftçi" ilə anlaşan Paraqvay yığmasının vunderkindi nə qədər qazanacaq?

«Neftçi»nin növbəti transferinin adını bu gün açıqlması gözlənilir.

İki gündür Bakıda olan Dieqo Valdez Samudio artıq tibbi baxışdan uğurla keçib.

Paraqvaydan olan legionerlə 2+1 illik müqavilə imzalanması nəzərdə tutulub. 2019-cu ildən bəri ölkəsinin əsas yığmasına çağırılan yarımmüdafiəçinin ilk mövsümdə qazancı 200 min dollar civarında olacaq.

29 yaşlı cənubi amerikalının gəliri növbəti illərdə 300 min dollaradək yüksələcək.

O, orta sahənin bütün nöqtələrində oynaya bilmək kimi mühüm üstünlüyə malikdir.
“Rubio Nu”nun yetirməsi yeniyetməlik illərini “Herreros Bueno” və “Deportivo Kapiatá”da keçirib.

2016-cı ildə ilk peşəkar müqaviləsini “Sportivo San Lorenzo” ilə imzalayıb. 3 il sonra “Atlétiko San Luis”ə üz tutub və növbəti.sezonda icarə əsasında “Sol de Amérika”da forma geyinib.

2022-ci ildən bəri “Quaranı”nin sıralarında yer alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar