Mutunun “Neftçi”yə gətirmək istədiyi həmyerlisi 3 milyona satıldı

21 Avqust 2023 09:20 Neftçi 2 861
Mutunun “Neftçi”yə gətirmək istədiyi həmyerlisi 3 milyona satıldı

“Neftçi” ilə birgə adı çəkilən Olimpiu Morutan Türkiyədə komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, “Ankaragücü” rumıniyalı yarımmüdafiəçini “Qalatasaray”dan transfer edib.

25 yaşlı oyunçu yeni komandasına 3 milyon avroya başa gəlib. Razılığa əsasən, hücumameyilli futbolçunun növbəti satışı zamanı əldə ediləcək gəlirin 50 faizi İstanbul nəhənginə çatacaq.

Morutan “Ankaragücü”yə rekord məbləğə keçərək, paytaxt təmsilçisində tarixin ən bahalı transferi olub.

Olimpiu Morutan ötən mövsüm icarə əsasında İtaliyanın “Pisa” klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!