“Procter&Gamble” (P&G) şirkəti “Neftçi” ilə sponsorluq barədə saziş imzalayıb.
Şirkət qarşıdakı 1 il ərzində “Braun” markasının məhsullarının tanıdılmasında klubla əməkdaşlıq edəcək.
Qarşı tərəf Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqla 2012-ci ildə London Olimpiya Oyunlarında milli komandanı dəstəkləyib, 2015-ci ildə Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub,
Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibətilə AFFA ilə sazişə imza atıb. Bu, şirkətin “Neftçi ilə ikinci əməkdaşlığıdır. Onlar Türkiyə millisinin və “Milan”ın da sponsorudur.
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov deyib: “Bu şirkətlə artıq 3-cü il olacaq ki, əməkdaşlıq edirik. Bu da “Neftçi”yə olan inamın göstəricisidir.
Buna qədər “Old Spice” markası ilə tərəfdaş idik. Bundan sonra “Braun” ilə davam edəcəyik.
Ümid edirəm ki, hər zaman klublarına dəstək verən şirkətlərin məhsullarına üstünlük verən azarkeşlərimizin seçimlərində bundan sonra da “Braun” ön sırada olacaq”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

