Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqronun qonağı olacaq, bundan 3 gün sonra Kipri qəbul edəcək Azərbaycan yığmasının heyətinə yeni futbolçular cəlb olunub.
Baş məşqçi Canni de Byazi 2 oyunçuya ilk dəfə millinin formasını geyinmək imkanı yaradıb.
Bunlar “Sumqayıt”ın qapıçısı Aydın Bayramov və milliləşdirilmiş hücumçu Əli Qurbanidir.
Xüsusən də yay fasiləsində İrandan “Sumqayıt”a gətirilən və Premyer Liqanın ilk 4 turunda 4 qol vuraraq bombardirlər siyahısına başçılıq edən Qurbanini çağırılmasını vurğulamaq olar. İranlı forvardın italyan
mütəxəssisin diqqətini cəlb etməsi barədə ilk xəbəri Sportinfo.az-ın sentyabrın 21-də yaydığını xatırladaq (https://www.sportinfo.az/idman_xeberleri/sumqayit/92801.html).
Əli Qurbani De Byazidən gələn təklifi qəbul etməsi üçün ailəsinin icazəsini alıb. Əslində, bu məsələ “Neftçi“ ilə Premyer Liqa II tur matçından sonra gündəmə gəlib.
İtalyan “Sumqayıt“ın səfərdə 2:0 hesabıyla udduğu görüşdə dubla imza atan hücumçu ilə Sumqayıtla görüşüb, məşqlərini izləyib, barəsində əlavə məlumatlar toplayıb.

