Azərbaycan millisinin müdafiəçisi: "Biz də belə idik"

22 Mart 2025 00:30 Milli komanda 1 427
Azərbaycan millisinin müdafiəçisi: "Biz də belə idik"

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Haiti yığması ilə yoldaşlıq görüşündən öncə sullarını cavablandırıb.

- Haiti millisi bizə tanış olmayan rəqibdir. Amma onların oyunlarını izləmişik. Yaxşı oyunçuları var. Bizi maraqlı oyun gözləyir.

- Millidəki ab-hava necədir?

- Ab-hava çox yaxşıdır. Çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik.

- Millidə təcrübən çoxdur, amma təcrübəsi az olan oyunçular var. Onlarla uyğunlaşma necədir?

- Yeni gələnlərin hər biri həvəslidir. Biz də belə idik. Çox istəyirlər ki, milli formanı geyinsinlər. Təcrübəli oyunçular çalışır ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hər şey yaxşıdır.

- Bu matçda sizin üçün nəticə qazanmaq vacibdir?

- Düzgün oynamaq da vacibdir. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir. Hər ikisi vacibdir. Amma daha önəmlisi qələbə qazanmaq mentalitetinin davam etməsidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti