AFFA milliləşdirmək istədiyi futbolçu ilə bağlı FIFA-ya müraciət etdi

22 Avqust 2020 15:46 Milli komanda 1 414
AFFA milliləşdirmək istədiyi futbolçu ilə bağlı FIFA-ya müraciət etdi

AFFA hazırda "Atromitos"in futbolçusu Əmir Ağayevin Azərbaycan millisində çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin millinin təlim-məşq toplanışına çağırılması ilə bağlı Yunanıstan klubuna rəsmi dəvət göndərilib.

FIFA-nın müvafiq komissiyasında Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.

İsrailli oyunçunun millimizə dəvət alacağıyla bağlı ilk xəbəri saytımız yayıb (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/89962.html).

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”