AFFA-dan xarici ölkəyə zəng vurub, "gəl, millimizdə oyna" söylədilər

10 Avqust 2020 20:00 Milli komanda 1 861
AFFA-dan xarici ölkəyə zəng vurub, "gəl, millimizdə oyna" söylədilər

AFFA «Sumqayıt»la müqaviləsi başa çatan Əmir Ağayevlə əlaqə saxlayıb.

Federasiya rəsmiləri hazırda vətəni İsraildə olan yarımmüdafiəçini millidə görmək istədiklərini bildirib.

Ölkəsində özünə yeni klub axtaran futbolçunun diqqətinə çatdırılıb ki, yeni baş məşqçi Canni De Byazi onun barəsində məlumatlıdır və xidmətinə maraq göstərir. İtalıyalı çalışdırıcının adıından qeyd edilib ki, yığmanın bu ayın sonuna planlaşdırılan təlim-məşq toplanışında iştirakına ümid bəsləyir.

Əmir dəvətə konkret cavab verməyib. O. hazırda daha çox ailəsi və gələcək klubu barədə fikirləşdiyini, Azərbaycan millisi haqda qərar verməyə tələsmədiyini söyləyib. Ağayev qərarını bir neçə gün sonraya saxlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”