Millimizin futbolçularının geyim-keçimi - FOTOLAR

25 May 2020 10:24 Milli komanda 1 639
Millimizin futbolçularının geyim-keçimi - FOTOLAR

Azərbaycan milli komandası müxtəlif illərdə fərqli formalardan istifadə edib.

Sportinflo.az xəbər verir ki, komandamız indiyədək 15 formada meydançaya çıxıb.

Hətta millimizin tarixində 1995-ci ildə sonradan dünya çempionu olacaq Fransa yığmasına qarşı oyunda geyinilmiş sarı-yaşıl forma da var. Halbuki sarı rəng Azərbaycan bayrağında əks olunmayıb.

1995-ci ilin sentyabrın 6-da Oser şəhərində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş həmin matç komandamızın tarixinə ən biabırçı məğlubiyyət kimi düşüb – 0:10! (ilk dörd foto həmin oyundandır – S.M.)

Ümumiyyətlə, 90-cı illərdə AFFA yığma üçün keyfiyyəti ilə o qədər də seçilməyən “Diadora” və “Puma” geyimlərindən istifadə edib.

2004-cü ildən etibarən futbolumuza dövlət tərəfindən pul ayrıldıqdan sonra milli komandalarımızın formaları da keyfiyyətcə yaxşılaşıb. Üstəlik, hər oyunçuya rəqibi ilə dəyişə bilmək üçün əlavə forma verilib.

Alman baş məşqçi Berti Foqtsun vaxtında AFFA forma təchizatı üçün məşhur “Umbro” şirkəti ilə əməkdaşlıq edibsə, son illərdə geyim firması dəyişib. İndi komandamız “Nike”la əməkdaşlıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?