Millimizin səhv edən müdafiəçisi: “Bu an həyatım boyu kabus kimi mənimlə qalacaq”

28 Mart 2025 01:20 Milli komanda 614
Millimizin səhv edən müdafiəçisi: “Bu an həyatım boyu kabus kimi mənimlə qalacaq”

“İnanın səmimiyyətimə, bütün futbol həyatım boyu milli komanda ilə start heyətində oyuna çıxmağı gözləmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyev deyib.

O, yoldaşlıq görüşündə Belarusa 0:2 hesabı ilə uduzduqları oyunda etdiyi səhvdən danışıb:

“Bilirsiniz ki, debütüm çox uğursuz alınmışdı. İsveçlə oyunda sonradan oyuna daxil olaraq kobud səhvə yol vermişdim.

Bu da məni çox sarsıtmışdı. Daim gözümün önünə də gəlirdi.

Əslində, sizin də dediyiniz kimi, oyuna pis başlamamışdım və səhv olana qədər oyunum normal idi.

Lakin bir səhvlə hər şeyin üstündən xətt çəkdim. Bəlkə də bu səhvə görə milli karyeram sual altına düşdü.

Heç bilmirəm necə şərh verim. Deyiləcək sözüm də yoxdur. Hər kəsdən üzr istəyirəm.

Bu an həyatım boyu kabus kimi mənimlə qalacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!