Millimizin futbolçuları yerə çökdürən gecədən geridə qalan VİDEO

27 Mart 2025 22:55 Milli komanda 797
Millimizin futbolçuları yerə çökdürən gecədən geridə qalan VİDEO

Azərbaycan yığması bugünlərdə iki yoldaşlıq görüşü keçirdi.

Komandamız öncə Sumqayıtda Haitiyə 0:3 hesabıyla uduzdu, ardınca Belarusa Masazırda yenildi - 0:2.

Beləcə, yığmamız ilk dəfə meydana çıxdığı “Bank Respublika Arena”dan dilxor ayrıldı.

Final fitindən sonra sahə əsl yas yerinə döndü. Əksər futbolçularımız yenilginin təsiri altında özünü yerə yıxdı.

Heç biri ağlamırdı, amma dilxor olduqları görünürdü.

Bu, çox pis mənzərə idi. Kaş axırıncı olaydı, axarıncı olmayaydı…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!