Millidən növbəti yenilgi - Yenə Belarus, yenə qolsuz...

26 Mart 2025 23:20 Milli komanda 649
Millidən növbəti yenilgi - Yenə Belarus, yenə qolsuz...

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan Azərbaycan U-17 millisi ikinci yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.

Dünən əsas milli komandalar arasında keçirilən yoxlama matçında da Azərbaycan millisi Belarusa uduzub (0:2).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!