Daha 3 futbolçu Azərbaycan millisində...

25 Mart 2025 09:25 Milli komanda 3 885
Daha 3 futbolçu Azərbaycan millisində...

Haiti ilə yoldaşlıq görüşündə daha 3 futbolçu Azərbaycan millisinin heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, Xəyal Əliyev, Səbuhi Abdullazadə və Rəhman Daşdəmirov sonradan meydana daxil olublar.

Adıçəkilən futbolçular karyeralarında ilk dəfə A millinin formasını geyiniblər.

Bununla onlar yığmanın heyətində meydana çıxan futbolçu sayını 273-ə çatdırıblar. Əliyev, Abdullazadə və Daşdəmirova qədər 46 futbolçu millimizin heyətində 1 oyunda iştirak etməklə kifayətlənib.

Oyun sayında rekordçu Rəşad Sadıqovdur. Sabiq kapitan yığmada 111 görüş keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM