Azərbaycan yığmasının yeni çalışdırıcısı ilk seçimini etdi

15 Mart 2025 09:40 Milli komanda 3 833
Azərbaycan yığmasının yeni çalışdırıcısı ilk seçimini etdi

Gənclərdən ibarət yığmanın yeni baş məşqçisi Ayxan Abbasovun ile planı məlum olub.

AFFA ilə 2 illik müqavilə imzalayan çalışdırıcı martın 17-də işə başlayacaq.

U-21 həmin gün təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaq. Milli 10 gün qardaş ölkədə qalacaq və iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Bu səfər əsasən tanışlıq və seleksiya məqsədi daşıyır. Abbasov düşərgədə görmək istədiyi futbolçuların adlarını artıq AFFA-ya təqdim edib.

Güman ki, ya bu gün, ya da sabah həmin siyahı açıqlanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!