Belçika millisinin yeni baş məşqçisi Domeniko Tedesko Avro-2024-ün seçmə mərhələsindəki rəqibləri haqda danışıb.
Sportinfo.az xəbər verir ki, alman mütəxəssis bütün rəqibləri güclü hesab edib:
"İlk məqsədim Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır.Asan olmayacağını bilirəm.
Çünki çox güclü rəqiblərlə qarşılaşmalıyıq. Ancaq əla komandamız var. Bunu bacaracağımıza inanıram".
Avro-2024-də F qrupunda Belçika, Avstriya, İsveç, Azərbaycan və Estoniya yer alıb. Millimiz Belçika ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

